Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 20-09-2016 10:06 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Bu gündən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılır.
Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır.
Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri sırasında ilk layihə olaraq istiqrazların buraxılışı tək mərhələdə və 100 mln. ABŞ dolları həcmində olacaq.
İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları vəyerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Bundan əlavə, xarici fiziki və hüquqi şəxslər də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcək.
SOCAR istiqrazları başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR-ın layihələrində iştirak edib, mənfəətindən birbaşa pay əldə etməsi, həmçinin aktiv dövriyyədə olmayan, vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, istiqrazlardan əldə olunan gəlirdən vergi tutulmayacaq.
İstiqraz satışından cəlb olunan vəsait maliyyələşmə portfelinin şaxələndirilməsinə yönəldiləcək. SOCAR-ın beynəlxalq maliyyə əməliyyatları əsasən xarici valyutada gerçəkləşdiyinə görə, hazırkı emissiyada istiqrazların dəyəri ABŞ dolları ilə ifadə olunur. SOCAR-ın maliyyə imkanları və əvvəlki istiqraz emissiyalarına nisbətdə bu məbləğ kiçik görünsə də, aktiv olmayan vəsaitlərin iqtisadiyyatımıza cəlb edilməsi və iqtisadi əməliyyatların canlandırılması baxımından mühüm olan ilk addımdır.
SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən "AzFinance İnvest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı "ASAN Xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, "Kapital Bank" və digər banklardan əldə etmək mümkün olacaq.
Satış üçün son tarix 10.10.2016-cı il təyin edilib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər