İSB-nin Himayəçilər Şurasının üzvləri dəyişib
Tarix: 17-02-2020 10:26 | Bölmə: İqtisadiyyat
İSB-nin Himayəçilər Şurasının üzvləri dəyişib
İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilərək ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib.

Reyting.az
"APA-Economics"ə istinadla xəbər verir ki, yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.

Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurası sədri Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarova, üzv Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}