Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-10-2016 11:15 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Növbəti ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmaların payının kəskin artımı diqqəti cəlb edir. Çünki, növbəti ildə qeyri-neft sektoru üzrə daxilolmaların 27,2 faizi Gömrük Komitəsinin yığımlarından formalaşacaq".
Reyting.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Məhəmməd Talıblı deyib.
M.Talıblı bildirib ki, bu rəqəm 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur: "Deməli, bu, kəskin artımın mənbəyi olmalıdır. Burada iki haldan biri labüddür:
Birincisi, ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır.
İkincisi, gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxilolmalar artır. Olkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə, bunun daha da zəifləməsi proqnozlaşdırıla bilər".
Ekspertin fikrincə, gömrük rüsumlarının artımı ilə bağlı qərarda məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir:
"Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.
Məncə, hökumətin belətələsik addımını bir necə aspektdən qiymətləndirmək mümkündür:
Birincisi, bu, ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımını şərtləndirəcək.
İkincisi, istehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşüləbilməz. Bu, ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq.
Üçüncüsü, ölkədə manatın daha da dəyərdən düşməsi prosesini bir az da sürətləndirəcək. Okədə yüksək templi inflyasiyanı daha gizlətmək mümkün olmayacaq. Sosial müdafiənin effektiv olmadığı indiki şəraitdə vətəndaşlarımızın pul gəlirlərinin hətta artımı bazardakı qiymət sürətindən geri qalacaq. Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq.
Dördüncüsü, gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurları əsas gətirib niyyəti gizlətmək yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq. Daha açıq mətnlə deyiləcək ki, bizi dünyəvi ticarət ailəsi maraqlandırmır.
Beşincisi, bu, gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki, gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu, iqtisadiyyatın tənzimləmə alətlərdindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu da növbəti ildəiqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq.
Altıncısı, dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir".
İqtisadçı idxal məhsullarını daxili bazarında bahalaşdıran səbəbi də açıqlayıb:
"İnhisarçılıq və gömrükdəki "korrupsiya vergisi”! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq "Sizif” əməyidir. Bu, səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər