Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-12-2016 13:02 | Bölmə: İqtisadiyyat / Xəbərlər

2018-ci ildə Azərbaycanda dövlət-özəl investisiya fondu yaradıla bilər.
Bu barədə Azərbaycan prezidentinin 2016-ci il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Sənəddə qeyd edilir ki, dövlət-özəl investisiya fondunun yaradılması ilə bağlı təhlillər İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə aparacaq.
Yol xəritəsində bildirilir ki, yaradılması məqsədəuyğun hesab edildikdə, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, investorlar üçün investisiya gəlirlərini aydın şəkildə hesablamaqla, o cümlədən müxtəlif növ investisiyaların (məsələn, infrastruktur, istehsal və emal) bölgüsünü təqdim etməklə və maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin seçilməsi üçün müvafiq meyarları tətbiq etməklə fondun strukturu, həcmi və fond vəsaitlərinin gələcək istifadəsinə nəzarət edən monitorinq mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlayacaq".
Kənd təsərrüfatı sahəsi üzrə müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 1,17 milyard manat investisiya tələb olunur.
Strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək: dövlət büdcəsi, büdcədənkənar fondlar, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti, Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti, yerli büdcələr, birbaşa xarici investisiyalar, qiymətli kağızlar, yerli kreditlər və qrantlar, beynəlxalq təşkilatların, xarici dövlətlərin kreditləri və s.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər