Azərbaycanla İran arasında yeni əməkdaşlıq sənədləri imzalanacaq
Tarix: 11-02-2016 13:49 | Bölmə: İqtisadiyyat / Xəbərlər


Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı iki ölkə arasında iqtisadi sahələrdə, xüsusən enerji sahəsində bir neçə əməkdaşlıq sənədi imzalanacaq.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Səfirin sözlərinə görə, İlham Əliyevin Tehrana səfəri İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə həyata keçəcək.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fevralın sonlarında İran İslam Respublikasına səfər edəcəyi barədə məlumat verilib.





Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər