Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-02-2016 15:49 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Gəncəbank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub.
Reyting.az saytı "Report”-a istinadən xəbər verir ki, ləğvedici 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bu gün qəbul edilən qərarı ilə təyin olunub və dərhal icraya yönəldilib.
"Gəncəbank”ın ləğvedcisi "Azerbaijan İnternational Consultinq Company” MMC təyin edilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 24 yanvar tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib və "Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, yanvarın 25-dən Banka müvəqqəti inzibatçı təyin edilib.
Qeyd edək ki, "Banklar haqqında" qanunun 72-ci maddəsinə əsasən, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Ləğvetmə prosesində olan "Gəncəbank”a borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, "Gəncəbank”ın ümumilikdə 6 minə qədər əmanətçisi var və onlardan yalnız 500-ə qədəri aktvdir. Fond ümumilikdə 378 əmanətçiyə 1,5 mln. manat ödəyəcəyini də açıqlayıb.
İstiqlal.az isə bildirir ki, "Gəncəbank” ASC-nin səhmələrinin 33,3 faizi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun atası Qurbanov Qənbər Şəmşir oğluna məxsusdur. Bu barədə bankın rəsmi saytında da (http://www.gandjabank.az/?/az/content/165/) məlumat verilib.
C.Qurbanovun atası Q.Qurbanov Sovet nomenklaturasına daxil olan bir şəxsdir. 1933-cü il təvəllüdlü Q.Qurbanov Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib. 1975-1989-cu illərdə Kəlbəcər Rayon İcraiyyə Komitəsinin, 1989-cu ildən sonra isə Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədri olub. İndi təqaüdçüdür. Təbii ki, 80 yaşlı Q.Qurbanovun bankın idarə etməsi ilə məşğul olması real deyil - bankın idarəetməsini onun oğlu Cavid Qurbanov həyata keçirir.
"Gəncəbank” ASC 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan ərazisində paytaxtdan kənarda - Gəncədə fəaliyyət göstərən yeganə bankdır (46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində fəaliyyət göstərir).
İstiqlal.az iddia edir ki, "Gəncəbank” şübhəli maliyyə əməliyyatlarının keçirilməsi üçün təsis edilib və buna görə də paytaxtdan kənarda fəaliyyət göstərməsi "məsləhət” bilinib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər