Dövlət büdcəsi artırılacaq – Təklif
Tarix: 22-06-2017 17:51 | Bölmə: İqtisadiyyat / Xəbərlər


"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisdən verilən məlumata görə, dəyişikliyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.

2017-ci il dövlət büdcəsində nəzərdə tutulan proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulur.(Modern.az)





Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər