12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Maaş və pensiyaların artırılmasına əlavə vəsait ayrılacaq
Tarix: 01-07-2018 23:42 | Bölmə: İqtisadiyyat
Maaş və pensiyaların artırılmasına əlavə vəsait ayrılacaq

Vergidə şəffalığı təmin etmək və korrupsiya hallarına yol verilməməsi üçün vergidən olan ödəmələr bir milyard manatdan çox azaldılıb.

Reyting.az
-ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında vergilərdən büdcəyə daxil olan məbləğin azaldılmasından danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat sözügedən məsələnin səbəblərinə belə aydınlıq gətirib:

“Vergidə şəffalığı təmin etmək və ümumiyyətlə, başqa korrupsiya hallarına yol verilməməsi üçün vergidən olan ödəmələr bir milyard manata yaxın azaldıldı. Bunun üçün isə Neft Fondundan müəyyən qədər əlavə vəsait ayrıldı. Eyni zamanda, bu məsələ gömrükdən gələn vergilər hesabına da maliyyələşdiriləcək. Burada əsas məqsəd sahibkarların normal fəaliyyətini təmin etməkdən və onlara qarşı təzyiqlərin qarşısını almaqdan ibarətdir”.

Millət vəkili bildirib ki, dövlət büdcəsinin gəlir və xərc hissəsinə 2 milyard 17 milyon manat əlavə edilib:

“Müəyyən qədər vəsait, əmək haqqı və pensiyaların artırılmasına, müəyyən qədər vəsait isə neft şirkətlərində qazma işlərinin davam etdirilməsinə ayrılacaq. Bu, əlavə dəyərin yaradılması üçün vacibdir”.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər