Rusiyadan qaz alışı bərpa olunur
Tarix: 21-03-2023 19:24 | Bölmə: İqtisadiyyat
Rusiyadan qaz alışı bərpa olunur

Moldova Rusiyadan qaz alışını bərpa edir. Reyting.az xəbər verir ki, bu barədə “Moldovagaz”dan bildiriblər.

Məlumata görə, “Qazprom”dan qaz alışı mart ayı ərzində bərpa olunacaq.

Bildirilir ki, “Qazprom” və “Energocom”da qazın qiyməti praktiki olaraq eyni olduğundan, “Moldovaqaz” qazın bir hissəsini Rusiya konsernindən almağı planlaşdırır.

Nəticədə sağ sahildə sutkada təqribən 0,7-0,8 milyon kubmetr qaz “Qazprom” tərəfindən veriləcək, daha 1,3-1,5 milyon kubmetr qaz isə “Energocom”dan alınacaq.

"Qazprom"da Moldova üçün apreldə qazın qiymətinin min kubmetr üçün 680-700 dollar olacağı gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}