Azərbaycandan gedən generalı Türkiyəyə buraxmayıblar
Tarix: 10-11-2018 12:17 | Bölmə: Xəbərlər
 Azərbaycandan gedən generalı Türkiyəyə buraxmayıblar

Naxçıvan Muxtar Respublikasının (NMR) sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun Sədərək gömrük-keçid məntəqəsi vasitəsilə Naxçıvandan Türkiyəyə keçmək cəhdinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə AzPolitika.info-ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

Sabiq nazir bu gün günün birinci yarısı, saat 11-12 radələrində Türkiyəyə getmək üçün Sədərək gömrük-keçid məntəqəsinə gəlib. Lakin sərhədçilər onun pasportuna möhür vurmaqdan imtina ediblər. "Yuxarıdan tapşırılıb ki, buraxmayaq”, – deyə sabiq nazirə bildirilib.

Məlumata görə, Ə. Əhmədov Türkiyəyə buraxılmasına nail olmaq üçün bir neçə telefon zəngi etsə də, nəticəsi olmadığından geri qayıdıb.

Xatırladaq ki, Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Bundan bir müddət əvvəl o, vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılmış və barəsində araşdırma aparılmışdı.

Sabiq nazir istintaq altında olmasa da, Naxçıvanı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}