23:34 / 21-05-2019
Azərbaycanda zəlzələ oldu
18:32 / 21-05-2019
Deşam “Yuventus”a gedir?
Parisdə etirazçılar maşınları yandırırlar - Fotolar
Tarix: 20-04-2019 18:48 | Bölmə: Xəbər lenti
Parisdə etirazçılar maşınları yandırırlar

“Sarı jiletlilər”in növbəti aksiyasının keçirildiyi Paris küçələrində bir neçə avtomobil yanır.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, Jyul Ferri bulvarı rayonunda maşınları “Qara blok” adlandırılan hərəkatın tərəfdarları olanlar yandırırlar.

Onlar bir neçə zibil qutusuna da od vurduğu bildirilir. Yanğını söndürmək üçün yanğınsöndürənlər cəlb olunub.

Parisdə etirazçılar maşınları yandırırlar

Bundan əlavə, etirazçılarla polislərin toqquşduğu əraziyə su vuran maşınlar da gətirilib. Toqquşma nümayişçilər Respublika meydanındakı İqtisadiyyat nazirliyinə tərəf yürüməyə başlayanda qeydə alınıb. Maskalı xuliqanlar qanun keşikçilərinə içərisi maddə ilə dolu butılkalar atıb, cavab olaraq gözyaşardıcı qazdan istifadə oilunub.

Parisdə etirazçılar maşınları yandırırlar

Bastiliya meydanı yaxınlığında isə hüquq-mühafizə orqanlarına kərpic və digər əşyalar atılıb. Etirazlar zamanı minimum iki nəfərin başından yaralandığı bildirilir.

Yerli vaxtla saat 13:20-yə olan məlumata görə polislər 126 nəfəri saxlayıb.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}