Van şəhərindən İrəvana ilk təyyarə reysi açılıb
Tarix: 09-06-2019 10:44 | Bölmə: Xəbərlər
 Van şəhərindən İrəvana ilk təyyarə reysi açılıb

Türkiyənin Van və Ermənistanın İrəvan şəhərləri arasında ilk təyyarə reysi fəaliyyətə başlayıb.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, 35 dəqiqəlik reys Pan-erməni Oyunları münasibəti ilə gerçəkləşib.

Oyunların təşkilat komitəsinin sədri İşxan Zkaaryanın başçılıq etdiyi nümayəndə heyəti bundan əvvəl Van şəhərinin bələdiyyə başçısı ilə görüşüb.

Görüşdə qarşılıqlı maraqlar və mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Van və İrəvan arasında müntəzəm uçuşların təşkili nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}