Nazir “London xanı”nın müdafiəsinə qalxdı - Cavab
Tarix: 18-06-2019 12:45 | Bölmə: Xəbərlər
Nazir “London xanı”nın müdafiəsinə qalxdı

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid Donald Trampa ingilis siyasətinə qarışmamağı tövsiyə edib.

Reyting.az
“Daily Mail”-ə istinadla xəbər verir ki, ABŞ prezidenti London bələdiyyəsinin başçısı Sadiq Xanı hədəfə alıb. Britaniyaya səfərindən başlayaraq, Tramp Sadiq Xan haqqında bir-birindən kəskin ifadələr işlədir.

Donald Tramp bələdiyyə başçısını “London xanı” adlandıraraq, diqqəti Britaniya paytaxtındakı cinayətkarlığın yüksək səviyyəsinə yönəldib.

“Təəssüf ki, elə böyük ölkənin lideri başqa bir dövlətin daxili işlərinə müdaxilə edir. Əlbəttə, Birləşmiş Ştatların prezidenti zorakılıqdan narahat ola bilər, amma o, əvvəlcə öz ölkəsində səviyyəcə 10 dəfə yüksək olan zorakılıq halları barədə narahat olmalıdır”, - nazir bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}