Zelenski ilə görüşdə Merkelin səhhəti pisləşib
Tarix: 18-06-2019 17:38 | Bölmə: Xəbərlər
Zelenski ilə görüşdə Merkelin səhhəti pisləşib

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenskiilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss edib.

Rusiya mətbuatı xəbər verir ki, Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib.

Berlində bu gün, təxminən, 30 dərəcə istilik qeydə alındığından Merkelin bu vəziyyətə düşməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi güman edilir.

Qeyd edək ki, Zelenski iyulun 18-də Almaniya kansleri ilə görüşmək üçün Berlinə gedib/Report.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}