Misir müftisi Məhəmməd Salaha zəng edib və...
Tarix: 19-06-2019 19:45 | Bölmə: İdman
Misir müftisi Məhəmməd Salaha zəng edib və...

Misirin futbol ulduzu Məhəmməd Salah əl-Əzhər mədrəsəsinin rektoru müfti Şeyx Əhməd Təyyibin diqqət mərkəzinə düşüb.

Reyting.az
“Sky News”-a istinadla xəbər verir ki, Misir müftisi “Liverpul”un hücumçusuna zəng edərək onu tərifləyib.

Şeyx Təyyib futbolçunu layiqli övlad və gənclər üçün nümunə adlandırıb. Bundan başqa o, Salaha bir neçə tövsiyə verib.

Əl-Əzhər rektoru “Liverpul”un misirli oyunçusunu həmişə təvazökar olmağa, yoxsulların əlindən tutmağa çağırıb.

Salah şeyxə bütün tövsiyələrinə əməl etmək vədi verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}