Mətbuat yayımının rəhbəri dövlət başçısından kömək istədi
Tarix: 20-06-2019 17:22 | Bölmə: Xəbərlər
Mətbuat yayımının rəhbəri dövlət başçısından kömək istədi

“Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Reyting.az
xəbər verir ki, X. Əliyevin müraciətinə səbəb Dövlət Gömrük Komitəsinin idxal olunan KİV məhsullarına görə qeyri-qanuni olaraq ƏDV tələbidir.

X. Əliyev müraciətində yazır:

“Cənab Prezident!

3 ildir ki, Vergi Məcəlləsi qüvvədə ola-ola Dövlət Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq ƏDV tələb edir. Qanunverici, İcra hakimiyyətləri biganəlik göstərərək susur. Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalığların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi cənab Mirqasım Vahabovdur”.

X . Əliyev yazıb ki, bu müraciəti son ümid yeri sayır:

“Xahiş edirik, dayandırın cənab M. Vahabovu!

İnanırıq ki, Siz, həmişə olduğu kimi bu dəfə də vətəndaşların, sahibkarların və mətbuatın yanında olacaqsınız. Biz isə fəxrlə deyəcəyik: Bizim Prezidentimiz bizi qoruyur!!!”





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}