Əlaqələndirmə komitələrinin əsasnaməsi təsdiqlənib
Tarix: 13-07-2019 00:47 | Bölmə: Xəbərlər
Əlaqələndirmə komitələrinin əsasnaməsi təsdiqlənib

“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiqlənib.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiq edilib.

Nazirlər Kabinetinin “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” 2002-ci il 5 mart tarixli qərarı ləğv olunub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}