İsmayıllıda narkoplantasiya salan 58 yaşlı kişi tutuldu
Tarix: 15-07-2019 10:17 | Bölmə: Xəbərlər
İsmayıllıda narkoplantasiya salan 58 yaşlı kişi tutuldu

İsmayıllı rayonunda meşədə narkotik becərən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini, 58 yaşlı Şahin Seyidov saxlanılıb.

Ətrafında aparılan araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 750 ədəd çətənə bitkisi və 4kq 680 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}