Merkelin siyasi varisi müdafiə naziri olacaq
Tarix: 17-07-2019 13:16 | Bölmə: Xəbərlər
Merkelin siyasi varisi müdafiə naziri olacaq

Almaniya kansleri Angela Merkelin varisi və onun Xristian Demokrat Partiyasının rəhbəri vəzifəsində xələfi Annegret Kramp-Karrenbauer sabiq müdafiə naziri Ursula fon der Leyenin yerini tutacaq.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bunu hökumət sözçüsü Şteffen Seybert bildrib.

Fon der Leyen Avropa Parlamenti tərəfindən Avropa İttifaqı Komissiyasının növbəti rəhbəri olaraq təsdiqlənib.

Merkelin mərkəzçi siyasətinin davamçısı olan Kramp-Karrenbauerin seçimi Berlində sürpriz xəbər olub. Bir çoxları müdafiə naziri vəzifəsini hazırkı səhiyyə naziri Yens Spanın tutacağını gözləyirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}