Yevlax sakini 1.2 ton narkotiklə tutuldu
Tarix: 06-08-2019 12:41 | Bölmə: Xəbərlər
Yevlax sakini 1.2 ton narkotiklə tutuldu

Yevlax rayonunda 1 ton 152 kiloqram çətənə kollarının yetişdirildiyi narkoplantasiya aşkar edilib.

DİN-nin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb.

R.Məmmədovun kənd qəbiristanlığının yaxınlığındakı 0.05 hektar torpaq sahəsini zəbt edərək həmin ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi təmiz çəkisi 1 ton 152 kiloqram, uzunluğu 1 metrdən - 4 metrədək olan 192 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin ərazidə axtarış zamanı oradan əlavə olaraq 605 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}