Xəzərə düşən “MİQ 29”un qalıqları çıxarılıb
Tarix: 16-08-2019 13:18 | Bölmə: Xəbərlər
Xəzərə düşən “MİQ 29”un qalıqları çıxarılıb

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ 29” təyyarəsinin qalıqları tapılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, bu ölkənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən “MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, pilot Rəşad Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.

Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}