Almaniyada azərbaycanlı qadını vəhşicəsinə döyüblər
Tarix: 16-08-2019 18:20 | Bölmə: Xəbərlər
Almaniyada azərbaycanlı qadını vəhşicəsinə döyüblər

41 yaşlı Sevinc K. qonşularının qəfil hücumuna məruz qalıb və buna görə də miqrantların yaşadığı yataqxanaya dönməlidir.

Reyting.az
“Bild” nəşrinə istinadla xəbər verir ki, söhbət Almaniyada sığınacaq almaq istəyən həmvətənlimizdən gedir.

Alman nəşri azərbaycanlı qadının soyadını gizli saxlayıb.

O, insidentin səbəbini belə izah edib: "Hadisə həyətdə, qonşumun pəncərəsinin altına qoyduğum bir stula görə baş verib. Birdən-birə qonşumun iki oğlu mənə hücum etdi, məni döydülər və yerə yığılmağımla, sonra məni təpikləməyə başladılar".

Ağır zədələnmiş Sevinc K. hazırda xəstəxanadadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}