10:43 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Terror təşkilatının lideri öldürüldü
Tarix: 09-10-2019 16:11 | Bölmə: Xəbərlər
Terror təşkilatının lideri öldürüldü

“Əl-Qaida” terror təşkilatının daha bir lideri öldürülüb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Əfqanıstanın cənubunda Helmand vilayətində “Əl-Qaida”nın Hind yarımadası lideri Asim Ömər məhv edilib.

Əfqanıstan Milli Təhlükəsizlik Ofisinin açıqlamasında deyilir ki, Helmandın Musa Qala qəsəbəsindəki “Əl-Qaida” düşərgəsinə hava zərbələri endirilib.

Hava zərbələri nəticəsində aralarında “Əl-Qaida”nın Hind yarımadası lideri Asim Ömər və 7 terrorçu məhv edilib.

Ehtimal edilir ki, digər yeddi terrorçu Asim Ömərin cangüdənləri olub.

“Əl-Qaida” terror təşkilatı hələlik açıqlama ilə çıxış etməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}