Ağsuda müəllim dərs zamanı ölüb
Tarix: 10-10-2019 17:19 | Bölmə: Xəbərlər
Ağsuda müəllim dərs zamanı ölüb

Ağsu rayonunda müəllim dərs zamanı ölüb.

Hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin əmək təlimi müəllimi Şeydayeva Rəhilə Rza qızı dərs zamanı sinif otağında birdən huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

O, 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının üzvü olub.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}