11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ramiz Mehdiyev iranlı qonağı qəbul edib
Tarix: 15-11-2019 23:39 | Bölmə: Xəbərlər
Ramiz Mehdiyev iranlı qonağı qəbul edib

Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün Bakıya gəlmiş İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman Azərbaycan Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevlə görüşüb.

Reyting.az
“IRİB”-ə istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında elmi və mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Hər iki dövlət başçısının hərtərəfli əməkdaşlığı inkişaf etdirmək istəyinə toxunan Azərbaycan Elmlər Akademiyasının rəhbəri ölkəsinin elm və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İran İslam Mədəniyyəti və Rabitə Təşkilatının rəhbəri Əbu Azar Ebrahimi Türkman da elmin, mədəniyyətin, mənəviyyatın ekstremizmin qarşısını almaqda əhəmiyətini diqqətə çatdırıb.

Görüşdə, həmçinin İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Elmlər Akademiyasının mədəniyyət müşaviri Əsgər Farsi də iştirak ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}