Dövlət agentliyi hökumətə iki təklif verib
Tarix: 17-11-2019 11:53 | Bölmə: Xəbərlər
Dövlət agentliyi hökumətə iki təklif verib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bak-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib ki, hazırlanan iki layihə Nazirlər Kabinetinə təqdim olunub.

"Hazırda Bakı-Sumqayıt yolu 2 gediş, 2 gəliş olmaqla dörd zolaqlıdır. Bir istiqamət üzrə əlavə olaraq iki zolağın artırılması və genişləndirilməsi nəzərdə tutulub. Həmçinin, Xırdalan dairəsinə qalxan yolda da genişləndirmə işləri aparılmalıdır ki, həmin yerdə "butulka" effekti yaranmasın və avtonəqliyyat vasitələri dayanmadan hərəkət etsinlər".

A. Nəcəfli bildirib ki, layihə qəbul olunarsa, ilin sonundan hazırlıq işlərinə, gələn ildən isə əsaslı işlərə başlanılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıqlar verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}