18 nəfərə qarşı dələduzluq edənlər saxlanılıb
Tarix: 05-12-2019 15:29 | Bölmə: Xəbərlər
18 nəfərə qarşı dələduzluq edənlər saxlanılıb

Gəncə və Bakı şəhərlərində 18 nəfərə qarşı dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M. Şərifov, əvvəllər məhkum olunmuş M. Abdullayev, Şəki rayon sakini V. Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş. Musayev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}