10 deputatın qaldığı otelə hücum oldu - Ölənlər var
Tarix: 11-12-2019 12:24 | Bölmə: Xəbərlər
10 deputatın qaldığı otelə hücum oldu - Ölənlər var

Deputatların olduğu otelə hücum təşkil olunub. Hücum zamanı 10 nəfər öldürülüb.

Reyting.az
xəbər verir ki, hadisə Somalinin paytaxtı Moqadişuda qeydə alınıb.

Məlumata görə, paytaxtda Prezident Sarayı ilə eyni küçədə yerləşən SYL Otelə hücumda 5 terrorçu ilə yanaşı təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da ölüb.

Əl-Sebap terror təşkilatı tərəfindən edilən hücum zamanı oteldə 10 deputat olub. Somali təhlükəsizlik xidmətləri 7 saat ərzində otelə hücum edən terrorçulardan beşini məhv edə bilib.

Məlum olub ki, hücum edən şəxslər yerli polis uniformalarında otelə yaxınlaşıblar və daha sonra əl bombaları ilə otelə hücuma başlayıblar.

Deputatlar arasında yaralanın olub-olmadığı hələlik bilinmir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}