Çindən təxliyə olunan azərbaycanlı: “Geri dönəcəyəm"
Tarix: 15-02-2020 17:34 | Bölmə: Xəbərlər
Çindən təxliyə olunan azərbaycanlı: “Geri dönəcəyəm"

Çinin Uhan şəhərində yayılan koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunan və Ankarada karantindən sonra ölkəyə dönən Azərbaycan vətəndaşları qardaş ölkənin Səhiyyə Nazirliyinə təşəkkür edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində Çində təhsil alan azərbaycanlı doktorant Leyla Quliyeva bildirib.

Doktorant deyib ki, karantin bitdikdən sonra Türkiyənin Səhiyyə naziri sağlamlıq haqqında arayışları onlara şəxsən təqdim edib: “Bunun üçün Türkiyə Səhiyyə Nazirliyinə təşəkkür edirik. Bizə çox yaxşı xidmət göstərdilər”.

O, Çinə qayıdacağını bildirib: “Mütləq Çinə geri dönəcəm və təhsilimi davam etdirəcəm. Bunun üçün universitetin rəsmi cavabını gözləyirəm”.

Qeyd edək ki, Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı artıq vətəndədirlər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}