“Qubad İbadoğlunun qızını döyən cəzalandırılsın!” - Bəyanat
Tarix: 20-02-2020 12:56 | Bölmə: Xəbərlər
“Qubad İbadoğlunun qızını döyən cəzalandırılsın!”

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində seçki komissiyasının üzvü Jalə Bayramovaya qarşı fiziki təzyiqi pisləyib.

Milli Platformanın bəyanatında xatırladılır ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi J. Bayramova Şürük kəndində 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olub.

J. Bayramova məntəqədə baş verən pozuntuların qeydə alınmasında prinsipiallıq göstərərkən ona fiziki hücum olub.

Sosial şəbəkələrdə yayılan videoçarxlardan məlum olur ki, J. Bayramovaya hücumu Dairə Seçki Komissiyasının katibi Mübariz Əmirov təşkil edib. Zorakılığı isə nə seçici, nə komissiya üzvü və ya müşahidəçi statusu olmayan Azadə Kərimova törədib.

Bu aqressiv hərəkətlər nəticəsində J. Bayramova fiziki xəsarət və mənəvi zərbə alıb.

J. Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də, hələ də zəruri tədbirlər görülməyib.

Milli Platforma J. Bayramovanın məruz qaldığı fiziki və mənəvi zorakılıq və digər qanunsuz hərəkətləri hərtərəfli, tam, dolğun və qərəzsiz araşdırmağa, bu hərəkətlərə hüquqi qiymət verməyə və təqsirkarları müəyyən edərək cəzalandırmağa çağırır, ədalətli mühakimə tələb edir.(Turan)

Qeyd edək ki, Jalə Bayramova tanınmış siyasətçi və iqtisadçı Qubad İbadoğlunun qızıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}