Bakıda daha bir həkim koronavirusdan vəfat edib
Tarix: 28-06-2020 18:19 | Bölmə: Xəbərlər
Bakıda daha bir həkim koronavirusdan vəfat edib

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

Bu barədə deputat Qənirə Paşayeva məlumat yayıb.

O, həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.

Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}