Müəllimlərin işə qəbul müsabiqəsi onlayn keçiriləcək
Tarix: 16-07-2020 14:48 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbul müsabiqəsi onlayn keçiriləcək

"Müəllimlərin daimiləşmə müsabiqəsi aprel-may aylarında oldu. Bu mərhələdə müsahibə onlayn keçirildi. Bu təcrübədən müəllimlərin işə qəbulu müsabiqəsində də istifadə etməyi düşünürük".

Reyting.az
-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, minlərlə insanı Bakıya dəvət etməyə ehtiyac yoxdu, onlayn şəkildə müsahibə etməklə yekun qərar veriləcək:

"Pandemiya şəraitində nəzarətçilərin və iştirakçıların sağlamlığının necə qorunması da insanları maraqlandırır. Bütün iştirakçılar COVİD-19 testindən keçiriləcək, imtahan mərkəzləri imtahandan əvvəl və sonra dezinfeksiya olunacaq. Bununla da insanlar arasında yoluxma riskləri minimuma endiriləcək".(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq