Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırıb
Tarix: 29-07-2020 17:58 | Bölmə: Xəbərlər
Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırıb

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

Məlumata görə, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}