Ərdoğan: “Daha böyük hədəflərə doğru addımlamalıyıq”
Tarix: 30-07-2020 13:23 | Bölmə: Xəbərlər
Ərdoğan: “Daha böyük hədəflərə doğru addımlamalıyıq”

“Pandemiya dövrünü dünyanın təqdirini qazanacaq şəkildə uğurla idarə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərkən deyib.

O bildirib ki, turizm istisna olmaqla, ölkədə bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb.

Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək bundan sonra da onları sanitar-gigiyenik qaydalara riayət etməyə, habelə tibbi maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırıb.

“Əldə etdiyimiz uğurları qoruyub, daha böyük hədəflərə doğru addımlamalıyıq”, - deyə Ərdoğan vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}