Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 23-09-2020 13:32 | Bölmə: Xəbərlər
Sabah hava necə olacaq? - Proqnoz

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz  12-16 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}