Gürcüstanda parlament seçkiləri başa çatıb
Tarix: 31-10-2020 21:10 | Bölmə: Xəbərlər
Gürcüstanda parlament seçkiləri başa çatıb

Gürcüstanda 10-cu çağırış parlament seçkilərində səsvermə başa çatıb.

Reyting.az
xəbər verir ki, seçkilərin ölkə üzrə ümumilikdə 3 657 məntəqədə keçirildiyi bildirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 17:00-də ölkə üzrə seçici aktivliyi 45,77 faiz təşkil edib (1,607,530 nəfər).

Qeyd edək ki, hakim “Gürcü Arzusu” Partiyası qələbə qazandığını bildirib. Üzvləri partiyanın Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib.

Son məlumata görə, Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın tərəfdarları seçkinin nəticələrinə etiraz edir. Onların Tbilisidə parlament binası qarşısında mitinqə başladıqları bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}