DİN-dən karantin rejimi ilə bağlı əhaliyə - Xəbərdarlıq
Tarix: 20-11-2020 15:04 | Bölmə: Xəbərlər
DİN-dən karantin rejimi ilə bağlı əhaliyə - Xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Reyting.az
xəbər verir ki, DİN-in məlumatında deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik!

Bununla yanaşı xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}