17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Paşinyanın tərəfdarı olan deputat döyülüb
Tarix: 01-03-2021 13:40 | Bölmə: Dünya
Paşinyanın tərəfdarı olan deputat döyülüb

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.

“Sputnik Armeniya” xəbər verir ki, hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı şəxsi saxlayıb. Məlumata görə, adı açıqlanmayan şəxs həmin tarixdə parlamentin binasından çıxarkən nəzarət-buraxılış məntəqəsində “Mənim addımım” fraksiyasının üzvlərini təhqir edib, deputatlardan birinin üzünə şillə vurub.

Onun barəsində cinayət işi açılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}