Prokurorluq iki vəzifəli şəxsi saxlayıb - Səbəb
Tarix: 17-04-2021 23:50 | Bölmə: Xəbərlər
Prokurorluq iki vəzifəli şəxsi saxlayıb

Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Məmmədov saxlanılıb. Reyting.az xəbər verir ki, Q. Kərimov və R. Məmmədov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində saxlanılıblar.

Q. Kərimov və R. Məmmədov Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul müqabilində sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinirlər.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini Göyçay Rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}