Şəkidə qadını şantaj edən şəxs saxlanılıb
Tarix: 05-05-2021 12:20 | Bölmə: Xəbərlər
Şəkidə qadını şantaj edən şəxs saxlanılıb

Şəkidə qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}