22:31 / 16-09-2025
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
21:03 / 16-09-2025
Sumqayıtda yaşayış binasında yanğın olub
19:49 / 16-09-2025
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

13:31 / 16-09-2025

15:37 / 14-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Bir ovuc torpaq da beləcə artdı... - Cəbrayıloğlu yazır
Tarix: 10-05-2021 10:06 | Bölmə: Xəbərlər

Etibar Cəbrayıloğlu
Dəyərli ziyalımız, istedadlı kinossenarist, əziz dostum Eldəniz Quliyevin zəngindən sonra artıq xəyalımda səhərki səfərimizin planlarını qururdum. Tezdən İsmayıllının Buynuz kəndinə - görkəmli şairimiz Musa Yaqubun 65 illiyi ilə bağlı qurulan məclisə getməli idik. Gecə yuxuya gedən kimi Şamaxıdakı Pirsaat piri yuxuma girdi. Qəribədir ki, həmin günə qədər Pirsaat pirini cəmi bircə dəfə ziyarət etmişdim.
Səhər tezdən Eldəniz bəyin avtomobilində yola çıxdıq, Musa Yaqubun yaddaşımızdakı şeirlərini növbə ilə səsləndirib Buynuza çatdıq. Şairin həmişə qonaq-qaralı həyəti yenə qələbəlik idi. Musa Yaqubun işığına kimlər toplaşmamışdı? Seyran Səxavət, Sabir Rüstəmxanlı, akademik Hətəm Quliyev, professor Xalid Əlimirzəyev, AMİP sədri Etibar Məmmədov, tanınmış hüquqşünas Ədalət Məmmədov, qədim Şirvan elinin sayılıb-seçilən sənətkarı, Aşıq Mahmud Ələsgəroğlu... Xalid Əlimirzəyevin kürəkəni Maarif Abbasov... Dostumuz İltifat Rəhimzadə şairi təbrik etmək üçün Lənkərandan özünü Buynuza yetirmişdi.
Aradan nə az, nə azacıq düz 20 il ötüb. Həmin gün Musa Yaqubun ocağına yığışanların bəzilərinin adını təbii ki, unutmuşam və buna görə onlaran üzr istəməyə hazıram. Lakin şairin evindəki məclisin enerjisi hələ də yaddaşımda qalıb. Musa Yaqub şeirlərini şairin öz dilindən eşidirdik, arada oğlu Şəhriyar atasının köməyinə gəlirdi. Seyran Səxavət nəlbəkini qaval kimi tutub muğam oxuyurdu. Meydanlarda, Milli Məclisdə, rəsmi tədbirdlərdə görməyə alışdığımız Sabir Rüstəmxanlını tam fərqli bir ovqatda müşahidə edirdik. Üz-gözündən, səsindən nur yağan Aşıq Mahmud Ələsgəroğlunun bir-birindən gözəl ifalarına qulaq asırdıq. Ələ düşməyəcək, bir də təkrarlanmayacaq gözəl bir gün yaşayırdıq.
Məclisin ağsaqqalı professor Xalid Əlimirzəyev masa ətrafındakı ən gənc kimi mənə söz verəndə gecə yuxuda Pirsaat pirini gördüyümü xatırlatdım və bu röyada bir mistik bağlılıq olduğunu vurğulayaraq Musa Yaqubun doğum günündə şairin ocağına gələnlərə “Dostlar, ziyarətiniz qəbul olunsun”,- dedim.

Musa Yaqubla Soçidə. 05. 10. 2002-ci il.
Ad günündə Musa Yaqub təkcə öz səxavətli süfrəsi ilə bizi təəccübləndirmədi, evinin balkonundan dağa saldığı körpü ilə, evinə bitişik olan meşə ilə, qara daşla, dağdağan ağacı ilə bizi tanış elədi. Seyran Səxavət Buynuz meşəsində də orjinalığından qalmadı və dedi ki, Musa Yaqub bizi qara daşla yox, sanki doğma qardaşı ilə görüşdürür.
Ötən bu illər ərzində Musa Yaqubla Buynuzda, Bakıdakı mənzilində, Soçidə dost-tanış məclisində dəfələrlə görüşmüşəm. Hətta nəhəng söz ustadı ilə Soçidə diaspora ilə bağlı keçirilən tədbirdə yol yoldaşı olmuşam. İndi bəlkə də çoxları xatırlamır, şair bir zamanlar Söz Azadlığı Fonduna rəhbərlik edib. Təşkilat yeni qurulanda Musa müəllimin dəvəti ilə mən də bu işə cəlb olunmuşdum. Hətta qurumun Ə. Topçubaşov küçəsindəki ofisində bir neçə həftə işə də çıxmışdım. Amma sonra qəzetçilik sevdam QHT sektoruna keçmək istəyimi növbəti dəfə üstələdiyindən Musa müəllimin müdirliyi altında çalışmaq alınmadı. Həmin vəzifəyə Məmməd Nazimoğlu təyin olundu və rəhmətlik Məmməd bəy istedadlı bir insan kimi Söz Azadlığı Fondunda maraqlı layihələr həyata keçirdi.
Xəyalən yenə Buynuzda Musa Yaqubun ad gününə yığışdığımız həmin unudulmaz günə qayıdıram. Sanki dünən olmuş kimi görünsə də aradan xeyli vaxt ötüb. Xalid Əlimirzəyev, kürəkəni Maarif, Aşıq Mahmud Ələsgəroğlu dünyadan köçüblər. Bizi Buynuzda ovsunlayan Musa Yaqub özü də bir neçə gün öncə sətrlərini, misralarını, poeziyasını oxucularına əmanət edib haqqa qovuşdu.
Bəlkə də borcundan çıxmadım Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.
Bu gün mayın 10-u nəhəng söz ustadının doğum günüdür. İlk dəfədir ki, şairin ad günü onsuz keçir. Amma Musa Yaqub da dünyanın bütün istedadlı qələm adamarı, fikir bahadırları kimi diridir və diri qalacaq. Aşıq Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Məmməd Araz, Hüseyn Arif, Zəlimxan Yaqub kimi tərtəmiz Azərbaycan dilində yazan, dilimizin şirinliyini, bütün incəliklərini yaradıcılığına gətirməyi bacaran Musa Yaqub dünyada sonuncu Azərbaycanlı yaşayana qədər ömrünü davam etdirəcək.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxır, dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim...
Neçə belə sabahlarda görüşənədək, nəhəng söz ustadı!
Etibar Cəbrayıloğlu
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
Bu gün, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
Bu gün, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
Bu gün, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
Bu gün, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
Bu gün, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
Dünən, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
Dünən, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
Dünən, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
Dünən, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
Dünən, 13:38
Prezident Ərdoğan Qətərə gedib
Dünən, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
Dünən, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
Dünən, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
Dünən, 09:34
Bakıda mənzildən meyit tapılıb
Dünən, 08:57
Xəzər dənizində zəlzələ baş verib
Dünən, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
Dünən, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
Dünən, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
12-09-2025, 23:44
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
12-09-2025, 22:10
Salyanda 62 yaşlı kişi güllələnib
12-09-2025, 17:40
Xocalının daha iki kəndinə köç olacaq
12-09-2025, 17:01
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
12-09-2025, 16:55
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
12-09-2025, 15:33
Qobustanda şəhidlə vida mərasimi olub
12-09-2025, 14:49
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
12-09-2025, 14:45
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
12-09-2025, 13:13
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12-09-2025, 12:46
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12-09-2025, 12:00
Ekspert naziri debata çağırıb
12-09-2025, 11:06
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
12-09-2025, 10:53
Azərbaycanda əhalinin sayı açıqlanıb
12-09-2025, 08:54
Odessa və Sumidə partlayışlar baş verib
12-09-2025, 08:02
Belçika Rusiya diplomatlarını xəbərdar edib
12-09-2025, 07:56
Culfadakı yol qəzasında 4 nəfər ölüb
12-09-2025, 00:28
İki ölkə Polşaya döyüş təyyarələri göndərir
12-09-2025, 00:04
Tramp: Hücum etsəniz, sizi ovlayacağıq
11-09-2025, 17:57
"SOCAR Romania” rəsmisi haqda şok iddialar yayılıb
11-09-2025, 17:27
Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib