Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var
Tarix: 19-06-2021 09:12 | Bölmə: Xəbərlər
Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var

Kemerovo vilayətində idmançı-paraçüstlərin olduğu təyyarə qəzaya uğrayıb.

Reyting.az
Rusiya mediasına istinadla bildirir ki, nəticədə 9 nəfər həlak olub.

“L-140” təyyarəsi Tanay hava limanından uçarkən meşəyə düşüb. Uçuş zamanı komandir mühərriklərdən birinin imtina etdiyini və hava limanına qayıtmaq qərarı verildiyini bildirib. Təyyarə çevrilən zaman ağaca çırpılaraq yerə düşüb.

Ölənlərdən iki nəfəri ekipaj üzvü, 7-si paraşüstçüdür. Göyərtədə cəmisi 24 nəfərin olduğu bildirilir. Yaralılardan 4 nəfərinin vəziyyəti ağırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}