Deputat Nəsib Məhəməliyev şəhid ailələri ilə görüşüb - Fotolar
Tarix: 27-09-2021 20:18 | Bölmə: Xəbərlər
Deputat Nəsib Məhəməliyev şəhid ailələri ilə görüşüb

Balakən rayonunu Milli Məclisdə təmsil edən deputat Nəsib Məhəməliyev, Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və rayon rəhbərliyi 27 Sentyabr - Anım Günü ilə bağlı rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər.

Reyting.az
xəbər verir ki, Şəhidlər xiyabanında övladlarını, yaxınlarını ziyarət edən şəhid ailələri ilə görüşən Nəsib Məhəməliyev daha sonra şəhid ailələrini görüş üçün YAP-ın Balakən rayon təşkilatına dəvət edib.

Şəhid ailələri görüşdə öz problemlərini rayonun deputatına çatdırıb, həmçinin həll edilmiş məsələlərlə bağlı ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Deputat N. Məhəməliyev şəhid ailələrinin problemlərinin həlli istiqamətində görüləcək işlərdən söz açıb.

Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və qazilərin sosial müdafiəsini gücləndirmək üçün həyata keçirdiyi siyasət şəhid ailələri tərəfindən minnətdarlıqla xatırlanıb.










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}