Şəhid Ayaz Nəzərov dəfn olunub - Yenilənib
Tarix: 12-01-2022 13:57 | Bölmə: Xəbərlər
Şəhid Ayaz Nəzərov dəfn olunub

Şəhid olan Ayaz Azər oğlu Nəzərov Tovuzda dəfn olunub.

Reyting.az
xəbər verir ki, şəhid doğulduöğu Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət etsin!

***

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

Məlumata görə, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}