Buster doza “Omikron”a qarşı müdafiəni gücləndirir
Tarix: 24-01-2022 11:34 | Bölmə: Xəbərlər
Buster doza “Omikron”a qarşı müdafiəni gücləndirir

“Omikron” ştammından qorunmaq üçün əsas diqqəti infeksiyanın ötürülməsinin qarşısını almağa və vaksinləmənin əhatə dairəsinin genişləndirməyə yönəltmək lazımdır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O deyib ki, “Omikron” ştammının xəstəlik dövrü “Delta” ştammına nisbətən daha yüngül keçsə də, xüsusən də peyvənd olunmamış şəxslər üçün bu ştam da təhlükəlidir. ÜST nümayəndəsi qeyd edib ki, vaksinin “Omikron” ştammına qarşı effektiv olduğunu göstərən daha çox sübutlar ortaya çıxır.

“Görünür ki, buster dozanın olması müdafiəni gücləndirir. Vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malik olmaqda davam edir”,- o əlavə edib.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etmək olmalıdır: “Riskə qarşı daha həssas kateqoriyalardan başlamaqla, əhalini peyvəndləməklə pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. "Omikron” ştammı “Delta” ştammına nisbətən daha sürətlə yayılır. Hətta peyvənd olunmuş və ya koronavirus xəstəliyini keçirmiş şəxslər arasında da infeksiyanın ötürülməsi halları baş verib”.

ÜST-ün rəsmi nümayəndəsi deyib ki, yoluxma hallarının artması xəstəxanaya yerləşdirilmə hallarının artmasına səbəb olacaq, bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsinə və xüsusən də əhalinin həssas qrupları arasında ölüm hallarının artmasına gətirib çıxara bilər: “Xəstəliyin ağırlına gəlincə, “Omikron” ştammının daha çox narahatlıq doğuran digər ştamlarla müqayisədə nisbətən yüngül olduğunu göstərən sübutlar ortaya çıxır. Faktlar göstərir ki, “Omikron”a yoluxma zamanı xəstəxanaya yerləşdirilmə riski “Delta”ya yoluxma ilə müqayisədə daha aşağıdır. Xəstəliyin ağırlığı yaşa görə və digər xəstəliklərin olmasına əsasən dəyişir. Bu həm də peyvənd olunmamış şəxslərə aiddir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}