00:17 / 02-05-2024
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır"
00:07 / 02-05-2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
23:12 / 01-05-2024
Türkiyə hərbçisini ildırım vurub
20:09 / 01-05-2024
Sabiq baş mühasib: "134 mini icra başçısına vermişəm"
20:03 / 01-05-2024
Qubad İbadoğlu haqqında daha bir qərar verilib
18:59 / 01-05-2024
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
18:06 / 01-05-2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
17:58 / 01-05-2024
Yeni yaradılan "Həyat ağacı" ekoloji problemləri həll edəcək, insan ömrünü uzadacaq
17:39 / 01-05-2024
Səməd Seyidov: "Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan"
17:18 / 01-05-2024
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib - Video - Fotolar (Yenilənib)
17:11 / 01-05-2024
Bir milyonluq mənimsəmə: daha bir qadın məhkəmə zalında həbs edilib
16:48 / 01-05-2024
Prokurorluq əməliyyat keçirib, vəzifəli şəxslər cinayət başında saxlanılıb - (Yenilənib)
16:42 / 01-05-2024
Milli Şuranın mitinq müraciətinə cavab verilib
16:24 / 01-05-2024
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb - Yenilənib
16:12 / 01-05-2024
Jurnalistə daha bir vəzifə verilib
16:02 / 01-05-2024
Təhlükəsizlik əməkdaşları 16 yaşlı qızı zorlayaraq öldürüb
16:00 / 01-05-2024
“İpoteka haqqında” qanuna dəyişikliklər təsdiqlənib
15:52 / 01-05-2024
İlham Əliyev baş ravvini qəbul edib
15:33 / 01-05-2024
Prezident Şimali Qafqaz müftilərini qəbul edib - Fotolar
15:10 / 01-05-2024
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib
14:59 / 01-05-2024
“Taliban” daha çox turist cəlb etmək istəyir
14:42 / 01-05-2024
Müdafiə nazirinin daha bir müavini istintaqa cəlb olunur
14:38 / 01-05-2024
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
14:35 / 01-05-2024
Mərkəzi Bank: “Valyuta bazarında kəskin tələb artımı yoxdur”
14:29 / 01-05-2024
Gürcü deputatlar arasında dava düşüb
14:22 / 01-05-2024
Sülh və qlobal təhlükəsizlik - İsrafil Kərimov yazır
14:14 / 01-05-2024
Oğuzda silahlı şəxs saxlanılıb
14:03 / 01-05-2024
Gəlin və bəy də daxil olmaqla 80 nəfər xəstəxanaya aparılıb - Foto
13:46 / 01-05-2024
MN-də 143 milyonluq korrupsiya: "Azersun”dan 19.5 milyon manat geri alınıb”
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
13:42 / 27-04-2024
ANAMA əməkdaşı Şuşada minaya düşüb
08:18 / 27-04-2024
"Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - Fotolar
22:39 / 27-04-2024
Yunanıstanın baş naziri Türkiyəyə səfərə hazırlaşır
11:59 / 27-04-2024
Dünyanın ilk süni enerji adası tikilir
14:39 / 27-04-2024
Prezident bir qrup sahibkarı təltif edib - Siyahı
08:08 / 28-04-2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
09:27 / 27-04-2024
Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
Vatikandan dünyaya sülh çağırışları - Fotolar
Tarix: 25-01-2022 18:26 | Bölmə: Xəbərlər
Şeyxülislam həzrətləri: “Görülən işlər dövlətimizin, xalqımızın, Heydər Əliyev Fondunun ümumbəşəri dəyərlərə diqqət və qayğısının təzahürüdür”
“Bakıya səfərim zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunu canlı şəkildə gördüm. Müsəlmanların, xristianların və digər dinlərə mənsub xalqların sizin ölkədə birgə yaşaması təqdirəlayiq haldır. Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dialoq yüksək səviyyədədir”. Bu sözləri dünya katoliklərinin dini lideri, Roma Papası Fransisk Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni Vatikanda qəbul edərkən deyib.
QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin ötən həftə Müqəddəs Taxt-Taca səfəri mühüm hadisə oldu. Keçirilən çoxsaylı görüşlər, dinlərarası dialoqun səmərəli əməkdaşlığına dair aparılan müzakirələr Vatikanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətli sayıla bilər.
Sülhə gəlin, ey insanlar!
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin ölkəmizdəki apostol prefekti, Yepiskop Vladimir Fekete, QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev təmsil olunurdular. Azərbaycandakı müxtəlif dinləri və konfessiyaları təmsil edən qonaqlar Vatikanda yüksək səviyyədə və mehribanlıqla qarşılanıb.
Əvvəlcə Roma Katolik Kilsəsinin rəhbəri, Papa Fransisklə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə arasında təkbətək görüş olub. Şeyxülislam həzrətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səmimi salamlarını Roma Papasına yetirib, onu 85 illik yubileyi münasibəti ilə bir daha təbrik edib. QMİ sədri Papa Fransiskin bütün dünyada sülh və bəşəri qardaşlıq uğrunda apardığı fəaliyyəti yüksək dəyərləndirib, bu ideyaların təbliğini hər zaman dəstəklədiyini qeyd edib və bundan sonra da bu prosesə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadənin sözlərinə görə, Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı verdiyi bəyanat Roma Papasının sülhə və əmin-amanlığa münasibətinin bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, Fransisk həzrətləri sülhə çağırışlarında balanslaşdırılmış mövqe nümayiş etdirir.
Roma Katolik Kilsəsi rəhbərinin 2016-cı ildə ölkəmizə səfərini xatırladan QMİ sədri bildirib ki, həmin ziyarət həm Azərbaycan rəhbərliyi, həm də xalqımız tərəfindən dərin rəğbətlə qarşılanıb. Şeyxülislam həzrətləri Roma Papasının səfər çərçivəsində Heydər məscidində dindarlarla görüşünü və fərqli dinlərə məxsus insanlar qarşısında çıxış etməsini isə tarixi hadisə adlandırıb.
Şeyxülislam Allahşükür Paşazadə son 30 ilə yaxın müddətdə Ermənistanın işğal etdiyi Qarabağda məscidlərə, ziyarətgahlara, qəbiristanlıqlara və digər dinlərə aid abidələrə, eyni zamanda, mədəniyyət nümunələrinə qarşı törətdiyi vandalizm aktları barədə geniş məlumat verib. Bu faktları əks etdirən kitab-albomu Papa Fransiskə təqdim edib. QMİ sədrinin sözlərinə görə, Azərbaycan öz suveren hüququndan və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin verdiyi imkandan yararlanaraq ərazi bütövlüyünü təmin edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bölgədə sülhün, sabitliyin davamlı olması üçün mühüm addımlar atmaqdadır. Ermənistanın daim yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışdığını deyən Şeyxülislam həzrətləri real vəziyyətlə tanış olmaq üçün Vatikan nümayəndə heyətini ölkəmizə dəvət edib.
Görüş zamanı QMİ sədri Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vatikanda müxtəlif layihələr həyata keçirir. Görülən işlər dövlətimizin, xalqımızın, Heydər Əliyev Fondunun ümumbəşəri dəyərlərə diqqət və qayğısının təzahürüdür. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da dünya mədəni irsinin qorunmasına, dinlər və mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəsini verəcək.
Roma Katolik Kilsəsinin rəhbəri səmimi salam və xeyr-dualarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmağı Şeyxülislam həzrətlərindən xahiş edib. Papa Fransisk bildirib ki, Bakıya səfəri zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunu canlı şəkildə görmək imkanı qazanıb. Onun sözlərinə görə, müsəlmanların, xristianların və digər dinlərə mənsub xalqların ölkəmizdə birgə yaşaması təqdirəlayiq haldır. Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dialoq və qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Roma Papasının fikrincə, davamlı sülhə nail olmaq və ümumbəşəri ideyaların həyata keçirilməsi üçün regionda yetərli qədər resurslar var.
Roma Papası ilə QMİ sədri arasında keçirilən təkbətək görüş zamanı dinlərarası dialoq üzrə faydalı əməkdaşlığın perspektivləri ətrafında geniş müzakirə aparılıb. Qeyd olunub ki, Vatikanla QMİ arasında dini-mədəni əlaqələr uğurla davam etdirilir. Dini mərkəzin xətti ilə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə Roma Katolik Kilsəsinin yüksək rütbəli rəsmiləri yaxından iştirak edir.
Həmin gün Papa Fransisk Azərbaycandakı konfessiya rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvlərini də qəbul edib. Görüş zamanı fikir mübadiləsi aparılıb. Qəbulda ölkəmizin Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev də iştirak edib.
Bəşəri ideyalara sadiqlik
Vatikana səfəri çərçivəsində QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri Roma Katolik Kilsəsinin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının Prezidenti, Kardinal Mihel Anhel Ayuso Giksot, Vatikanın baş keşişi, Müqəddəs Pyotr Kiləsinin rəhbəri, Kardinal Mauro Qabetti, Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, Kardinal Canfranko Ravazi, Müqəddəs Taxt-Tacın dövlət katibi, Kardinal Pietro Parolin, Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher ilə də görüşlər keçirib. Səmimi və mehribanlıq şəraitində keçirilən həmin görüşlərdə QMİ sədri Azərbaycandakı din-dövlət münasibətləri, tolerantlıq və multikultural mühit barədə ətraflı məlumat verib. Ermənistanın hərbi təcavüzü nəticəsində məhv edilən dini və mədəniyyət abidlər haqqında danışan Şeyxülislam həzrətləri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq işləri başlandığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dövləti həmin ərazilərdə təkcə məscidləri deyil, digər dinlərə məxsus kilsə və məbədləri də bərpa edəcək. Şeyxülislam həzrətləri diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan arasında problem başlayan ilk gündən QMİ bu münaqişənin dini müstəviyə keçməsinin qarşısını almaq üçün səy göstərib və erməni kilsəsinin bütün cəhdlərinə rəğmən buna nail olub. Vurğulanıb ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinin bu məsələdə vasitəçilik missiyası xüsusi qeyd olunmalıdır. Məhz Patriarx həztərlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderlərinin müxtəlif vaxtlarda ikitərəfli və üçtərəfli görüşləri keçirilib.
Görüş və müzakirələr zamanı Vatikanın yüksək rütbəli rəsmiləri Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafını yüksək dəyərləndirib, ölkəmizin bəşəri ideyalara sadiqliyi dinlər və mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün atdığı ardıcıl addımları təqdir ediblər.
Görüşlərdə xüsusi vurğulanıb ki, Şeyxülislam Allahşükür Paşazadə Roma Papası Fransisk həzrətlərinin Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib və şiə lideri Əli əl-Sistanidən sonra görüş keçirdiyi üçüncü müsəlman dini lideridir. Bu da Roma Papasının müsəlman-xristian icması arasında dialoqa verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Mədəniyyət inciləri-katakombalar
Səfər müddətində Şeyxülislam həzrətləri və nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun Vatikanda və Roma şəhərində bərpasına başladığı katakombaları ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son 10 ildə həm Vatikanda, həm də Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa olunur. Belə nadir mədəniyyət incilərinin bəziləri bərpadan sonra ziyarətçilərin istifadəsinə verilib. Bütün bu işlər Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanan əməkdaşlıq müqaviləsi əsasında reallaşır.
Tarixə çevrilən səfər
Səfərin sonuncu günü nümayəndə heyəti Vatikanda akkreditə olunmuş yerli və əcnəbi media nümayəndələri üçün mətbuat konfransı keçirib. Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev çıxış edərək bildirib ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Ötən bu illər ərzində yüksək səviyyəli əməkdaşlığa nail olunub, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərdə Vatikanla ölkəmiz arasında əlaqələrin perspektivləri, dinlər, mədəniyyətlərarası dialoqun vacibliyi müzakirə olunub.
Şeyxülislam Allahşükür Paşazadə tarixi səfərin yekunlarını yüksək qiymətləndirib, Roma Papası ilə görüşünün faydalı keçdiyini qeyd edib: “Dünyada və regionumuzda sülhün təmin edilməsi, mədəniyyətlərarası dialoq və əməkdaşlığın gələcək mərhələsi üçün müzakirələr apardıq. Görüş zamanı Roma Katolik Kilsəsinin rəhbəri Azərbaycanın tolerant ölkə olduğunu xüsusi vurğuladı. Bu, bizim ölkəmizdə din-dövlət münasibətlərində, tolerantlıq, multikulturalizm sahəsində dövlət səviyyəsində həyata keçirilən işlərə verilən mühüm qiymətdir”.
Mətbuat konfransında Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin ölkəmizdəki apostol prefekti, Yepiskop Vladimir Fekete çıxış edərək Azərbaycanda dinlər və mədəniyyətlər arasında əlaqələrin inkişafı sahəsində görülən işlər barədə məlumat verib, Vatikanda keçirilən görüşləri yüksək qiymətləndiriblər.
Şeyxülislam həzrətlərinin başçılıq etdiyi nümayəndə heyətinin Vatikana səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. İnanırıq ki, keçirilən görüşlər, aparılan faydalı müzakirələr Müqəddəs Taxt-Tacla ölkəmiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Etibar Cəbrayıloğlu
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:07
İyunda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 23:12
Türkiyə hərbçisini ildırım vurub
Dünən, 16:00
“İpoteka haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Dünən, 15:52
İlham Əliyev baş ravvini qəbul edib
Dünən, 12:47
Ramin Məmmədovun deputat mandatına xitam verilir
Dünən, 12:14
Ruslar Kupyanskini tutmağa çalışır
Dünən, 10:39
Xankəndidə silah-sursat aşkarlanıb
Dünən, 07:38
Britaniya deportasiyaya başlayıb
Dünən, 07:35
Zelenski Norveç hökumətinə təşəkkür edib
Dünən, 07:30
Xüsusi təyinatlılar Tbilisini tərk edir
30-04-2024, 19:41
NATO Ukraynada Rusiya raketlərini vura bilər
30-04-2024, 18:01
Mərkəz rəhbəri Anar Məmmədli həbs olunub - Yenilənib
30-04-2024, 17:09
Blinken: “Rusiya danışıqlara başlamaq istəsə...”
30-04-2024, 16:12
Gələn ay Şuşaya 20 ailə köçürüləcək
30-04-2024, 15:52
Kəşfiyyat xəbərdar edir: hibrid hücumlar olacaq
30-04-2024, 15:20
Göyçayda oğul atasını döyərək öldürüb - (Yenilənib)
30-04-2024, 14:45
NATO Rusiya ilə müharibəyə hazırlaşır
30-04-2024, 13:57
Fransa səfiri Bakıya qayıdıb
30-04-2024, 13:52
Jurnalist Elnarə Qasımova həbsdən buraxılmayıb
30-04-2024, 12:58
Qəzzada daha 13 fələstinli həlak olub, xeyli yaralı var
30-04-2024, 11:42
Məktəbdə dava: 15 yaşlı uşaq özünü asıb
30-04-2024, 09:38
Sumqayıtda 5 ədəd əl qumbarası tapılıb - Fotolar
30-04-2024, 09:18
Meksikada güclü zəlzələ baş verib
30-04-2024, 09:08
Karlson Duqinlə “dərdləşib”
29-04-2024, 21:08
Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik edib
29-04-2024, 18:01
Stoltenberq: "Ukrayna NATO-ya üzv olmaq yolundadır"
29-04-2024, 17:14
Çin lideri Avropaya səfərə hazırlaşır
29-04-2024, 12:30
Mayın 5-də növbəti imtahan keçiriləcək
29-04-2024, 10:52
Bakıda 70 yaşlı kişi adam öldürüb
29-04-2024, 09:06
Abşeronda ər 48 yaşlı arvadını öldürüb
29-04-2024, 00:01
Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb
28-04-2024, 15:02
Bu gün magistraturalara qəbul imtahanı olub - Yenilənib
28-04-2024, 11:09
Ukraynaya məxsus 17 PUA vurulub
27-04-2024, 18:49
Abşeronda qətl törədilib
27-04-2024, 18:15
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
27-04-2024, 17:09
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27-04-2024, 15:53
Ali Məhkəmənin hakimi özünü öldürüb
27-04-2024, 12:45
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
27-04-2024, 10:14
Xankəndidə silah və sursatlar aşkarlanıb
26-04-2024, 18:08
Erməni deputatlar saxlanılıb
26-04-2024, 11:05
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
26-04-2024, 09:51
"Yeni Klinika"nın mühafizə rəisi saxlanııb
26-04-2024, 09:27
Keçmiş icra başçısı mülk davasına başlayıb
26-04-2024, 08:47
Bayden Trampın məhkəməsini izləməyə vaxt tapmır
26-04-2024, 08:26
Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır
26-04-2024, 07:32
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
25-04-2024, 18:02
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
25-04-2024, 17:25
Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə edilib - Fotolar