İranda "Krım-Konqo" virusu yayılıb
Tarix: 18-05-2022 11:36 | Bölmə: Xəbərlər
İranda "Krım-Konqo" virusu yayılıb

İranın bəzi əyalətlərində "Krım-Konqo" qızdırma virusu yayılıb.

Bunu İranın Mərkəzi əyalətinin Tibb Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Nadir Zərrinfər deyib.

O, bu virusun yayılması ilə bağlı xəbərdarlıq edib, tibb işçiləri və əhalini ehtiyatlı olmağa çağırıb: “Ölkənin iki əyalətində "Krım-Konqo" qızdırması ilə bağlı çox sayda müraciətlər olunub. Əhali və tibb işçiləri bu xəstəliyi ciddi qəbul etməlidir”.

Professor virusun hansı əyalətlərdə yayıldığını və neçə nəfərin virusa yoluxduğunu açıqlamayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}