Abdinov: “Rusiyanı 100-150 tankı ilə qorxutmaq ağılsızlıqdır”
Tarix: 30-01-2023 18:01 | Bölmə: Xəbərlər
Abdinov: “Rusiyanı 100-150 tankı ilə qorxutmaq ağılsızlıqdır”
Ədalət Abdinov

“Qərb siyasətçilərinin açıqlamalarına görə, Kiyevə təxminən 100-150 tank gətiriləcək. Çoxdur, yoxsa az? Faktlara müraciət edək. 1980-ci illərdə Sovet ordusu təxminən 60 min, yəni Qərbin indi Ukraynaya tədarük edəcəyindən 400-600 dəfə çox tankla silahlanmışdı. Bu, nəhəng, misilsiz bir güc idi. O zaman hətta Qərb hərbi ekspertləri NATO ilə Varşava Müqaviləsi ölkələri arasında müharibə olacağı və bu müharibənin nüvə silahından istifadə edilmədən aparılacağı təqdirdə sovet tanklarının tez bir zamanda La-Manş sahilinə çıxacağına şübhə etmirdilər. Qərb, sovet zirehli uçqununu yalnız nüvə silahının köməyi ilə dayandırmağı mümkün hesab edirdi. O vaxt amerikalılar Almaniya ərazisinə atom bombaları qoyurdular - əslində onlar sovet tanklarını məhv etmək niyyətində olan atom bombalarını torpağa basdırırdılar. Baxmayaraq ki, bu, ABŞ-ın müttəfiqi olan Qərbi Almaniyanın bütün ərazisinin böyük radioaktiv çirklənməsi demək idi”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Kommunist partiyalarından birinə rəhbərlik Ədalət Abdinov bildirib.

Ə. Abdinov qeyd edib ki, Sovet İttifaqı əslində hücum etmək fikrində olmayıb:

“SSRİ rəhbərləri yaxşı bilirdilər ki, NATO ilə Sovet bloku arasında genişmiqyaslı müharibə uzun müddət nüvəsiz ola bilməz, Qərb mütləq nüvə silahından istifadə edəcək. Bu o deməkdir ki, eskalasiya başlayacaq və insanlıq ölüm ayağında olacaq. Amma nəhəng sovet hərbi gücü ona zəmanət idi ki, XX əsrin 70-80-ci illərində Qərb ölkəmizə və müttəfiqlərimizə hücum etmək barədə düşünə bilməzdi.

Müasir Rusiyanın tank arsenalına nəzər salsaq görərik ki, xüsusi hərbi əməliyyatın başlanğıcında, açıq mənbələrə görə, Rusiya Federasiyasının qoşunlarında 3000-dən çox tank və anbar bazalarında 10.000-dən çox tank var idi. Bu tankların əksəriyyəti sovetdən qalmadır və Rusiya indi istifadə etdiyi ehtiyata görə SSRİ-yə minnətdar olmalıdır. Digər tərəfdən, Kiyevə veriləcək 100-150 NATO tankı Rusiyanın tank arsenalı ilə müqayisədə çox azdır”.

Ə. Abdinov daha bir faktı xatırladıb:

“Bu il 80 illiyi qeyd olunacaq Kursk döyüşündə hər iki tərəfin ayrılıqda 3 min tankı var idi. Təkcə Proxorovski istiqamətində faşistlər 300 tankla hücuma keçmişdilər. Ruslar onları bir neçə günə darmadağı etdilər. İndi Rusiyanı cəmi 100-150 Qərb tankı ilə qorxutmaq sadəcə ağılsızlıqdır!

İkincisi, Rusiya-Ukrayna döyüşlərində cəbhənin uzunluğu 1000 kilometrə yaxındır. 10 kilometr cəbhəyə 100 NATO tankından biri düşür. Əlbəttə ki, Kiyev ən azı bir əks-hücum keçirməyə çalışmaq üçün bu tankların əksəriyyətini bir istiqamətdə cəmləşdirməyə çalışacaq, lakin hətta bir istiqamət üçün bu kifayət qədər azdır. Almanlar tarixin sadə bir düsturunu unutmanalıdırlar: bu gün Ukraynada alman tankları, sabah Berlində rus tankları. Bir sözlə, Kiyevin elan olunmuş sayda Qərb tankları ilə təmin edilməsi Rusiya üçün ciddi təhlükə yaratmır. Lakin bu “hədiyyə” Qərbin münaqişəni uzatmasına, genişləndirməsinə və qarşıdurmanı gücləndirməsinə hesablanıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}