Cavan Zeynallıdan fəxri ad almasına reaksiya: "Tüklərim biz-biz oldu, yıxılacam"
Tarix: 25-05-2019 14:38 | Bölmə: Mədəniyyət
Cavan Zeynallıdan fəxri ad almasına reaksiya: "Tüklərim biz-biz oldu, yıxılacam"

Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.

O, bunu "Report"un əməkdaşı ilə söhbətində deyib.

Müğənni bu xəbərə "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya Xalq artisti adı verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}