Azərbaycanlı aktyor Rusiyada vəfat edib - Foto
Tarix: 25-09-2019 10:03 | Bölmə: Mədəniyyət
Azərbaycanlı aktyor Rusiyada vəfat edib

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, R. Əzimov 2006-cı ilədək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub. O, sonradan Rusiyaya köçüb və orada aktyor fəaliyyətini davam etdirib.

Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Azərbaycanlı aktyor Rusiyada vəfat edib

R. Əzimovla bu gün yerli vaxtla saat 13:30-da Serpuxov Şəhər Musiqili Dram Teatrının səhnəsində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra onun cənazəsi Bakıya gətiriləcək.

Qeyd edək ki, R. Əzimov 1978-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub.(Big.az)

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}